All for Joomla All for Webmasters

QANAZLIĞI

Qanın tərkibi.Böyük adamın  orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri- eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi  hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir.
Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir. Hər birinin mühüm əhəmiyyəti vardır.

qanazligi

QANIN ORQANİZMİMİZDƏKİ FUNKSİYALARI

Qan orqanizmin, toxumalardakı hüceyrələrin qidalanmasında, tənəffüs proseslərində iştirak edir müdafiə rolunu və tənzimləmə vəzifəni daşıyır. Bədənimizdə hərəkət etdiyi müddətdə onu isti saxlayır, soyudur, toxumaları qanla təchiz edir, qoruyur, ona enerji verir və orqnizm daxilindəki zəhərli maddələrin atılmasını təmin edir. Orqanlar arasında əlaqənin demək olar ki hamısını öz boynuna götürür. Bundan başqa damarlarda əmələ gələn zədələnməni qanda olan fibrin lifləri qan damarının zədələnmiş hissəsinə çökür və tor əmələ gətirərək aradan qaldırır. Beləliklə, orqanizm müntəzəm olaraq yenilənir. 60 kq. ağırlığındakı insanın damarlarında orta hesabla 5 lt. qan dövr edir. Ürək, bu miqdarda qanı bədəndə asanlıqla, bir dəqiqə ərzində dövr etdirir.
Bir qırmızı qan hücüyrəsi orqanizmdə təxminən 120 gün yaşayır. Bu müddət ərzində öz vəzifəsini yerinə yetirir və makrofaq (ölü hüceyrələri məhv etmə funksiyasını daşıyır) adlı müdafiə hüceyrələri tərəfindən məhv edilir.

qan-azligi-haqqinda

Qanazlığı başqa sözlə anemiya adlandırılır. Anemiya qırmızı qan hücüyrələrinin sayının, hemo-qlobin konsentrasiyasının və ya hematokritin normadan az olmasıdır. Eritrositlər daxilində olan Hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə  təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman siz ümumi zəflik, yorğunluq hiss edəcəksiniz. Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur.

 Qanın normal göstəriciləri belədir:
– Eritrositlər – 4,5-6,3 milyon/mm3
– Hemoqlobin – 13-18 g/dl
– Hematokrit – 40-54 %

Eritrositlər daxilində olan Hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritro-sitlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman siz ümumi zəiflik, yorğunluq hiss edəcəksiniz. Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müd-dətinə görə fərqli olur.


Əlamətləri

Anemiya zamanı xəstədə aşağıdakı şikayətlər qeyd edilir:
– Taxikardiya
– Təngnəfəslik
– Rəngin avazıması
– Başgicəllənmə
– Bəzən baş ağrısı
– Yorğunluq
– Tərləmə və ağızda quruluq
– Qulaqda küylər
– Arterial təzyiqin düşməsi
– Nəbzin zəif dolğunluqda olması və tezləşməsi

Səbəbləri 

Kəskin qanaxma:
– Yaralanma,
– Mədə xorası,
– Qida borusunun varikoz genişlənmiş venaları,
– Böyük damarların cırılması,
– Hemorragik diatez
Xroniki qanaxma
– Mədə xorası zamanı sakit qansızma
– Mədə bağırsaq traktının karsinoması zamanı sakit qansızma
– Diafraqmanın qida borusu dəliyinin yırtığı
– Qida borusunun varikoz genişlənmiş venaları
– Hemorroy
– Böyük qanitirmələr zamanı qanıın kifayət qədər əvəzolunmaması
Hemolitik anemiya – qırmızı qan hüceyrələrinin parçalanması
– Orqanızmə xaricdən daxil olan faktorlar nəticəsində hemoliz – transfziya zamanı daxil olan anticisimlər, dərman maddələri (α-Methyldopa, Penicillin, Phenacetin, mis), mexaniki zədələnmə (süni ürək klapanları), hipersplenizm, HİV infeksiyası, metabolik pozğunluqlar (uremiya, qaraciyər sirrozu)
– Orqanizmin özündən qaynaqlanan faktorlar nəticəsində hemoliz- bunlar əsasən aşağıdakı irsi patologi-yalar ola bilər: membran deffekti (Sferositoz, Elliptositoz), enzimopatiyalar, hemoqlobinopatiyalar,  talas-semiya. Qazanılmış Vitamin B12 və Fol turşusu çatmamazlığı səbəblərdən biri ola bilər.
Yetişmiş eritrositlərin çatmamazlığı
Bu bir çox səbəblərdən qaynaqlana bilər:
1.    Dəmir, Vitamin B12, Fol Turşusu, Protein, Vitamin C çatmamazlığı
2.    Eritroblastların çatmamazlığı – sümük iliyinin fiziki-kimyəvi zədələr, irsi və idiopatik səbəblər üzündən atrofiyası
3.    Sümük iliyinin infiltrasiyası – leykemiya, limfoma, mielofibroz, metastazlar səbəbindən baş verə bilər.
4.    Sideroblastik anemiya – rezorbsiya olunmuş dəmirin istifadəsində olan pozğunluq səbəbindən baş ve-rir.
5.    Endokrin pozğunluqlar – Miksödema, Addison xəstəliyi, Hypopituitarismus
6.    Xroniki böyrək xəstəlikləri
7.    Xrokniki iltihabi proseslər – infeksiyalar və qeyri-infeksion xəstəliklər (revmatoid artirit, Bexterev xəs-təliyi)
8.    Qaraciyər xəstəlikləri
9.    Bədxassəli şişlər

Müayinə 

Həkim qanazlığına səbəb olan faktoru müəyyənləşdirmək üçün sizə ilkin olaraq aşağıdakı müayinələri tək-lif edəcək:
– Qanın genişləndirilmiş ümumi analizi (retikulositlər, trombositlər, eritorositar indeks və s. daxil olmaq-la)
– Qanın laxtalanma qabiliyyəti
– Qanın biokimyəvi analizı (Bilirubin, LDH, serum zülalları daxil olmaqla)
Lazım gələrsə həkim şübhələndiyi əsas xəstəliyin üzə çıxarılması üçün lazım gələn digər müayinə üsullarını tətbiq edə bilər.
şMüalicə Əgər yuxarıda sadalanan əlamətlər müşahidə olunarsa həkim hematoloqa müraciət etməniz məsləhətdir.

Qanda serum Fe yoxlanmadan xəstəyə dəmir prepa-ratı yazmaq olmaz. Çünki, qanda dəmirin miqdarı artıq olduqda ağır fəsadlarla nə-ticələnə bilər. Elə xəstəlik-lər var ki, (Məs. Talassemiya) onların orqanizmində dəmirin miqdarı artıqdır. Yadda saxlamaq lazımdır ki, hər bir müalicə individual olmalıdır.

Profilaktika Qanazlığı olan insanlar mal əti, əsasən də malın dili yeməyə üstünlük verməlidirlər.

Qara ciyərdə 90% dəmir olmasına baxmayaraq onun çox az hissəsi orqanizm tərə-findən sorulur.

Yeməkdən əvvəl təzə qaynadılmış düyünün suyunu içmək, Eyni miqdarda limon, qa-ra gavalı, qoz, üzüm, ərik qurusu xərdalamaq, üzərinə bal əlavə etmək. Hər səhər hazır-lanmış məhsuldan 1 xörək qaşığı ac qarına yemək.

Gündə 3 dəfə tünd bal yemək məsləhətdir. Aşkar olunmuşdur ki, bal nə qədər tünd olarsa, onun tərkibində minerallar daha çoxdur.

Qarpız yemək məsləhətdir.

Səhər ac qarına rəndədən keçirilmiş 100.0 kök smetan və ya bitki yağı ilə birlikdə.

Tərkibində vitamin C olan meyvələrə üstünlük vermək lazımdır.

Noxud, cəfəri, ispanaq, ərik qurusu, nar, üzüm, düyü, qreçka yeməsi məsləhətdir.

 

 

qan-azligi

qan-azligi