All for Joomla All for Webmasters

QAN QRUPLARI

Qan qrupları

Bəzi insanların qan zərdabları digər insanların eritrositlərini aqlütinasiya etmək qabiliyyətinə malikdir. Buna səbəb eritrositlərdə A və B aqlütinogenlərinin(antigen) zərdabda α və β aqlü-tininlərinin (antitel) olmasıdır. Bu aqlütinogenlərin eritrositlərdə olası ilə əlaqədar olaraq bütün insanların qanı 4 qrupa bölünür:

I qrup – 0 – α və β – 0(I)

II qrup – A α – A(II)

III qrup – B α – B(III)

IV qrup – AB-0 – AB(IV)

qan qruplari

AvB aqlütinogenləri ana bətnində embrionun 2 aylığından əmələ gəlməyə başlayır. α və β aqlüti-ninləri isə doğulandan sonra 6 ay müddətində formalaşır. AB0 sistemi sabit və daimidir. A və B antigenləri insanın təxminən bütün hüceyrələrində aşkar olunur. Təkcə onurğa beyni mayesində olmur. I qrup qanı bütün qruplara köçürmək olur. II qrup qanı II qrupaIV qrupa köçürmək olar. III qrup qanı III qrupaIV qrupa köçürmək olar. IV qrup qanı yalnız IV qrupa köçürmək olar. I qrup heç bir qrupdan qan almır, II qrup I qrupdan və özündən qan alır, III qrup özündən və I qrupdan qan alır, IV qrup bütün qruplardan qan alır.

Belə zənn ediblər ki, insan qanının serumunda insanın öz antigen – aqqlütinogenlərinə qarşı antitel-aqqlütinin yoxdur. İnsan qanının eritrositləri normal halda qalıb aqqlütinasiyaya uğrama-ması da bununla izah edilir.

Müxtəlif adamların qanında aqqlütininlərdən biri, ya ikisi olur, ya da heç biri olmur. Uyğun olmayan qan köçürüldükdə eritrositlər yapışırlar, həm də dağılırlar (hemoliz törənir). – Bu hadisə onunla izah olunur ki, plazmada aqqlütininlərlə bərabər eyni adlı hemolizinlər də mövcuddur.

qan qruplari

Əgər hər iki valideyn I qrup qan daşıyıcısıdırsa onlardan olan uşaqlarda yalnız I qrupa malik uşaq dünyaya gələ bilər. II, III, IV qrup ola bilməz.

Əgər valideynlərdən biri I qrup, digəri II qrupdursa, uşaqları I və ya II qrup ola bilər. III, IV qrup ola bilməz.

Əgər Valideynlərdən biri I qrup, digəri III qrupdursa, uşaqlar I və ya III qrup ola bilər. II, IV qrup ola bilməz.

Əgər valideynlərdən biri I qrup, digəri IV qrupdursa, uşaqlar II qrup və ya III qrup ola bilər. I, IV qrup ola bilməz.

Əgər hər iki valideyn II qrupdursa, uşaqlar I və ya II qrup ola bilər. III, IV qrup ola bilməz.

Əgər hər iki valideyn III qrupdursa, uşaqlar I və ya III qrup ola bilər. II, IV qrup ola bilməz.

Əgər hər iki valideyn IV qrupdursa, uşaqlar II,III, IV qrup ola bilər. I qrup ola bilməz.

Əgər valideynlərdən biri II qrup, digəri III qrupdursa, uşaqlar 0,I,II,III, IV qrup ola bilər.

Əgər Valideynlərdən biri II qrup, digəri IV qrupdursa, uşaqlar II,III,IV qrup ola bilər. I qrup ola bilməz.

Əgər valideynlərdənlərdən biri III, digəri IV qrupdursa, uşaqlar II,III,IV qrup ola bilər. I qrup ola bilməz.

qan qruplari

Qan qrupundan asılı olmayaraq 85% insanların eritrositlərində rezus amili vardır. Belə insan-lara rezus + (Rh+) qanı olan şəxslər deyilir. 15% insanlarda rezus amili yoxdur. Belə insanlar re-zus – (Rh) şəxslər sayılır.

Əgər qanı (Rh) olan resipientə (qan alan) təkrari (Rh+) qan köçürüldükdə gələcəkdə bu orqani-zmdə antitellər əmələ gələ bilər.

    (Rh) qadının bətnində hamilə zamanı (Rh+) atadan qan götürmüş döl varsa, ananın qanında antitellər əmələ gələ bilər, yəni ərlə arvad arasında olan rezus konflikt zamanı.

Əgər atada Rh, anada Rh+ homoziqotdursa, onda anadan olan bütün uşaqlar Rh+ olurlar.

Əgər ata heteroziqotdursa, onda uşaqların 50% Rh+ olurlar.

Əgər hamilə qadın Rh, döl isə Rh+dirsə (atanın rezusunu götürmüşsə), onda ananın qanı ilə döl qanı arasında rezus uyuşmazlığı baş verir.

Dölün Rh+eritrositləri cift vasitəsilə ananın qan dövranına keçir. Ananın orqanizmi immuniza-siya olur və antirezus – anticismi hasil etməyə başlayır. Ananın qanında əmələ gəlmiş antirezus – antitel cift vasitəsilə döl qanına keçir və aqlütinasiya yaradır, ondan sonra eritrositlər hemolizə uğrayır.

Qeyd etmək lazımdır ki, zədələnmiş ciftdən eritrositlərin dölə keçməsi və rezus antitel daha asan baş verir.