All for Joomla All for Webmasters

HEMORRAGİK VASKULİT

 Hemorragik vaskulit

hemorragik vaskulit

Hemorragik vaskulit və ya Şenleyn Genox xəstəliyi çox rast gələn  xəstəliklərdən olub, damar divarının keçirici qabiliyyətinin artması ilə əlaqədardır. Yəni qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir. Xəstəlik əsasən uşaq vaxtı təsadüf edilir. İrsi deyil.Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəliyin aşağıdakı formaları var: Dəri sindromu, oynaq sindromu, abdominal sindrom. Bu formalar ayrı – ayrılıqda və ya birlikdə təsadüf oluna bilər.

Dəri sindromu: Burada simmetrik olaraq aşağı və yuxarı ətraflarda, sağrı nahiyə-sində, bəzən qarın örtüyündə papulyoz hemorragik urtikar elementlərlə özünü biru-zə verir. Səpgi monomorfdur – əvvəlcə iltihabi formada, sonra ağır vəziyyətdə hə-min səpgilərin mərkəzində nekrozların əmələ gəlməsi müşahidə olunur. Sonralar qabıqlaşma əmələ gəlir və uzun müddət özündən sonra dəri üzərində piqmentasiya-lar müşahidə olunur.

hemorragik vaskulit

Oynaq sindromu: Dəri sindromundan sonra və yaxud eyni zamanda böyük oy-naqlarda, çox vaxt diz oynağında ağrılarla başlayır, bir neçə gündən sonra ağrılar keçə bilər, lakin səpgilər təzələnərsə, oynaq ağrıları da təzələnə bilər.

Abdominal sindrom: Əsas xüsusiyyət qarında ağrılar, ağrılar daimi yaxud fasiləli ola bilər. Bu cür ağrıların əmələ gəlməsinə səbəb qansızmadır. Yəni bağırsaq inva-ginasiyasına qansızma, subseroz hemorragiyalar, müsariqə hemorragiyaları. Belə hallarda nekrozlar əmələ gələ bilər(trofika pozulur). Qanaxma, qanqısma, melena, tez – tez ishal və ya qəbizlik müşahidə olunur.

hemorragik vaskulit

Differensial diaqnostika: Differensial diaqnostikanını çətinləşməsi eyni vaxtda dəri sindromu olmadıqda xəstəlik ilkin qarın boşluğunda qansızmalar nəticəsində ağrılar baş verir. Çox vaxt cərrahlar abdominal sindromu Şenleyn Genox xəstəli-yində bağırsaq keçməməzliyi(invaginasiya), appendisit, yumurtalığın burulması və s. Ilə səhv sala bilərlər.

Böyrək sindromu: Qlomerulonefrit formasında inkişaf edir: mikrohemoturiya, si-dikdə zülal(0-0,33-ə qədər 30% promilli). Böyrəklərin zədələnməsi həkimin diqqət mərkəzində olmalıdır. Çünki, hemorragik vaskulitlərin ən ağır fəsadlarından biri-dir. Ağ ciyər qanaxmaları serebral formalar  – baş ağrıları ilə beyində meningeal formalar əmələ gəlir.