All for Joomla All for Webmasters

DƏMİR DEFİSİTLİ ANEMİYA

Dəmir defisitli anemiya

Orqanizmdə dəmirin ümumi miqdarı 4 – 5 qrama qədərdir (kişilərdə: 50mq/kq, qa-dınlarda: 35mq/kq).

Artmasına səbəb olan hallar: Addison – Birmer xəstəliyi, hemolitik anemiya, hi-poplastik anemiya, kəskin hepatit, nefritlər, kəskin leykoz, hamiləliyi pozmaq məq-sədilə qəbul edilən hormonal preparatlar, hemoxromatoz, talassemiya, piridoksin çatışmazlığı anemiyası, hepatitin kəskin forması, hemoliz.

demir defisitli anemiya

 

Azalmasına səbəb olan hallar: Müxtəlif mənşəli infeksiyalar, cərrahi əməliyyat-lardan sonra, qanitirmə, qida ilə dəmirin az daxil olması (alimentar), pernisioz ane-miyanın remissiyası, anadangəlmə atransferrinemiya, bədxassəli şişlər, hormonal preparatlarla (AKTH və kortikosteroidlər) müalicə, mədə – bağırsaq sistemindən sorulmanın azalması.  Orqanizmdə dəmir miqdarı ilə qrelin miqdarı düz mütənasibdir. DDA zamanı işta-hasızlığın səbəbi orqanizmdə qrelin miqdarının azalmasıdır.Zn mikroelementi mə-dədə qrelin sekresiyasını artırır. Vitamin A orqanizmdə leptin miqdarını azaldır.  Dəmirin bağırsaqlardan sorulmasında və orqanizmdə ehtiyat üçün saxlanmasında ferritin zülalının böyük rolu vardır. Dəmir orqanizmin müxtəlif toxumalarında (xü-susən qaraciyərdə) appoferritinlə birləşmiş vəziyyətdə olur. Qanda dəmirin miqdarı artdıqda qaraciyərdə də appoferritin zülalının sintezi sürətlənir və bunun sayəsində qaraciyər hüceyrələri dəmiri ehtiyat üçün saxlamaq imkanı əldə edir. Burada sintez edilən appoferritin bağırsaq mənfəzindən keçən üçvalentli Fe ionları ilə birləşir; bu isə dəmirin bağırsaqlardan sorulmasına şərait yaradır. Qanda dəmirin miqdarı art-dıqca qaraciyərdə də appoferritin zülalının sintezi sürətlənir və bunun sayəsində qaraciyər hüceyrələri dəmiri ehtiyat üçün saxlamaq imkanı əldə edir. Beləliklə, qa-raciyərdə olan appoferritin – ferritin sistemi dəmir deposu funksiyasını yerinə ye-tirməklə bərabər, həm də qanda dəmirin miqdarının sabit saxlanmasına şərait yara-dır.

demir defisitli anemiya

Transferrin qan serumu zülallarının  β-qlobulin fraksiyasına daxil olan metallı pro-teindir. Onun tərkibində ümumi kütləsinin 0.13%-ə qədər dəmir olur. Orqanizmdə dəmirin qanyaradıcı orqanlara daşınmasında iştirak edir. Orqanizmdə bu zülalın sintezinin pozulması dəmirin ümumi miqdarının dəmirin qanyaradıcı orqanlara gə-tirilməsinin ləngiməsi ilə nəticələndiyinə görə, hipoxrom anemiyanın inkişa fına səbəb olur.                                                 Gün ərzində qəbul etdiyimiz qidaların tərkibindən 15-20.0 Fe alırıqsa, onun yalnız 2-3.0 –ı orqanizm tərəfindən mənimsənilir. Orqanizmin normal həyat fəaliyyəti üçün Fe elementinin böyük əhəmiyyəti vardır.  Dəmirin 60% – i Hb-nin tərkibində olur.  Fe elementi Hb –nin biosintezində iştirak edir. Hb isə qaz mübadiləsində işti-rak edir. Hb sağlam şəxslərdə miqdar etibarı ilə müəyyən sabitliyə malikdir. Əgər hər hansı səbəbdən (uşağın kifayət qədər qidalanmaması, mədə – bağırsaq traktın-dan sorulmanın pozulması və s.) Fe-in miqdarı orqanizmdə azalırsa, Hb-nin yaran-ması pozulur. Bununla əlaqədar anemiya (yəni qanazlığı) baş verir. Fe-in orqa-nizmdə azalması ilə baş verən anemiya DDA adlanır. DDA qadınlarda, uşaqlarda   (xüsusən də süni qidalanan uşaqlarda), yeniyetmələrdə daha çox təsadüf edili. Əsas səbəbləri:Xroniki qanitirmə, Dəmirə olan təlabatın artması ( böyümə, hamiləlik, laktasiya), dəmirin sorulmasının pozulması, dəmirin orqanizmə qida ilə daxil ola bilməməsi.

demir defisitli anemiya

Şikayətləri:Saçlar tökülür, dırnaqlar nazikləşir, dırnaqlar üzərində köndələn çatlar, qaşıqvari çökmə, qabarma müşahidə olunur. Belə xəstələrdə qida eybəcər-liyi qeyd olunur (torpaq, təbaşir, diş tozu, kömür, xamır, buz, çiy ət və s.), qoxunun pozulması (benzin, mazut iyini xoşlayırlar) baş verir. Xəstələrin bəziləri əzələ zəif-liyindən, udqunmanın pozulmasından, sidik saxlanmasının çətinliyindən şikayət edirlər.

Klinikası:DDA-lar zamanı xəstələrdə zəiflik, baş ağrısı, başgicəllənmə, yuxu-suzluq, iştahasızlıq, təngnəfəslik müşahidə olunur.  Dəri örtüyü quru, selikli qişaları avazımış olur, ağız bucağında çatlar əmələ gəlir, dili ərpli olur.

 

demir-defisitli-anemiya

demir-defisitli-anemiya