Qanda dəmir azlığı çox insanda mövcud olan sağlamlıq problemlərindən biridir. Dəmir azlığı əlamətlərini aşağıda diqqətlə nəzərdən keçirə bilərsiniz:
Əgər gün ərzində az hərəkət etsəniz belə, həmişə yorğun və halsız hiss edirsinizsə, bu, bədəninizin kifayət qədər oksigen ala bilmədiyinin göstəricisi ola bilər. Dəmir çatışmazlığı zamanı qırmızı qan hüceyrələri azaldığından, toxumalara və orqanlara gedən oksigen miqdarı aşağı düşür.
Dəmir azlığı olan insanlarda qan dövranı zəiflədiyi üçün dərinin rəngi solğunlaşır. Bu, xüsusilə üz, dodaqlar, göz altları və dırnaq yataqlarında daha aydın görünə bilər. Əgər güzgüdə özünüzü adi halınızdan daha solğun görürsünüzsə, dəmir səviyyənizi yoxlatdırmaq faydalı ola bilər.
Adi bir pilləkən çıxdıqda və ya yüngül məşq zamanı nəfəsiniz tez-tez kəsilirsə, bu, qanda dəmirin az olmasının göstəricisi ola bilər. Çünki oksigen çatışmazlığı səbəbindən ürək daha çox işləməyə məcbur olur, nəticədə ürək döyüntüsündə sürətlənmə və aritmiya müşahidə edilə bilər.
Dəmir çatışmazlığı saç follikullarına qan axınının azalmasına səbəb ola bilər. Bu isə saçların nazikləşməsi və hətta kütləvi şəkildə tökülməsi ilə nəticələnir. Eyni zamanda, dırnaqlarınız tez qırılırsa və ya onların səthində dalğavarı deformasiyalar yaranırsa, bu da dəmirin kifayət qədər olmadığını göstərə bilər.
Bəzi insanlarda dəmir çatışmazlığı ilə əlaqədar olaraq qəribə qida istəyinə rast gəlinir. Əgər siz torpaq, buz, gil, kağız kimi yeyilməsi normal olmayan maddələrə meyl edirsinizsə, bu, pika sindromu adlanır və qanda dəmir səviyyəsinin azaldığını göstərə bilər.
Beyinə yetərincə oksigen getmədiyi hallarda tez-tez baş ağrıları və baş gicəllənməsi müşahidə edilə bilər. Xüsusilə uzun müddət oturduqdan sonra ayağa qalxanda baş gicəllənmələri yaşayır və ya göz qaralması hiss edirsinizsə, bu, dəmir azlığı ilə bağlı ola bilər.
Dəmir çatışmazlığı bəzi hallarda dilin şişməsi, həssaslaşması və qızarması ilə müşayiət olunur. Bundan əlavə, ağız künclərində çatlar, yaralar və ağız quruluğu da müşahidə edilə bilər.
Dəmir çatışmazlığının səbəbləri müxtəlif ola bilər: qeyri-kafi qidalanma, həddindən artıq qan itirmə, həzm problemləri və s. Onun qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz:
Bİr neçə aydan bir qan testlərindən keçərək və müalicə olunaraq dəmir azlığından azad olmaq mümkündür.
Ancaq talassemiya təkcə xəstəlik deyil, həm də genetik daşıyıcılıq formasında özünü göstərə bilər. Bəzən insanlar heç bir ciddi simptom hiss etmədən bu genin daşıyıcısı ola bilirlər.
| 86 | 0
| 61 | 0