Həkim-hematoloq, pediatr Dr. Mireldar Babayev

HAQQIMIZDA

Sizin sağlamlığınız bizim öncəliyimizdir

Ana səhifə / Haqqımızda

Haqqımızda

Həkim-hematoloq, pediatr Dr. Mireldar Babayev

Tibb elmləri doktoru, professor Mireldar Babayev 1971-1977-ci illərdə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb.
1977-1978-ci illərdə həkim-interna vəzifəsində çalışıb.
1982-ci ilədək Oğuzda kənd sahə həkimi, 1982-1987-ci illərdə Elmi Tədqiqat Pediatriya İnstitutunda həkim kimi çalışmışdır. 1987-1989-cu illərdə isə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib.
1989-2001-ci illərdə Moskvada Elmi-Tədqiqat Uşaq Hematologiyası İnstitutunda fəaliyyətini davam etdirib.

Dr. Mireldar Babayev 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə edib və tibb elmləri namizədi adına layiq görülüb. 2001-ci ildə isə doktorluq müdafiəsini başa çatdıraraq Rusiyanın tibb elmləri doktoru adına layiq görülüb.

2002-ci ildən bu günədək Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda çalışır, 2005-ci ildən həmin İnstitutun Pediatriya şöbəsinin rəhbəridir.

150-yə yaxın elmi məqalə, monoqrafiya və həkimlər üçün praktik vəsaitlərin müəllifidir. Çoxlu sayda Respublika və Ümumdünya pediatriya və hematoloji konfransların, eləcə də konqreslərin iştirakçısıdır. O, ilk dəfə olaraq qan xərçənginin sağalan bir xəstəlik olduğu yanaşmasını iddia edərək həm də praktiki işləri ilə bunu sübut edib. 

Hazırda Leykemiya xəstəliyi mübarizə aparan uşaqların 80-90%-i sağalır ki, bu da ümumdünya göstəriciləri ilə eynidir. Dr. Mireldar Babayevin müalicə etdiyi və qan xərçəngindən azad olan uşaqların sayı daha çox artmaqda davam edir.

48+

illik təcrübə

500+

qan xərçəngindən sağalan pasiyent

150+

elmi iş
Biz kimik -----

Sağlamlığınız üçün indi addım atın

Sağlamlıq ən dəyərli sərvətdir, unutmayın!


Müştəri rəyləri

Pasiyentlərin rəyləri

Gülüstan Əliyarova

Allah sizə uzun ömür, sağlam can versin! Nə yaxşı ki sizin kimi Professorumuz var!

Gülüstan Əliyarova (pasiyent)
Pasiyentlərin rəyləri
Aybəniz Daşdəmirova

Mənim də nəvəmi siz sağaltdınız. Allah sizə sağlıqlı, uzun ömür versin!

Aybəniz Daşdəmirova (pasiyent)
Pasiyentlərin rəyləri
Fuad Atabayev

Sizə nə qədər tərif yazsamda azdır.... Heç nə sizin əməklərinizi əvəz edə bilməz.

Fuad Atabayev (pasiyent)
Pasiyentlərin rəyləri
illik təcrübə

48+

illik təcrübə

qan xərçəngindən sağalan pasiyent

500+

qan xərçəngindən sağalan pasiyent

elmi iş

150+

elmi iş